Xəbər lenti

Bəşər Əsədin çadırını raketlə vurdular
Dünya08:53 23.05.2014

Bəşər Əsədin çadırını raketlə vurdular

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Suriya prezidentinin tərəfdarlarının qurduğu seçki kampaniyası çadırını vurdular

Suriya prezidentinin Bəşər Əsədin tərəfdarlarının qurduğu seçki kampaniyası çadırına raket düşüb. 

ANS PRESS-in məlumatına görə, Suriyanın Deraya şəhərində baş verən hadisədə ən az 21 nəfərin həlak olduğu bildirilir. 

Suriya İnsan Haqqları İzləmə Təşkilatı 3 iyunda keçiriləcək prezident seçkiləri üçün qurulan kampaniya çadırında ən az 30 adamın olduğunu qeyd edib. 

Təşkilatın sədri Rami Abdülrahman açıqlamasında bu hadisənin kəskin mesaj olduğunu deyib: "Bu hücum, üsyançıların rejimə, seçkilər üçün heç bir etibarlı bölgə olmadığını göstərmək üçün edilən açıq bir mesajdır".

Qaynar.info