Xəbər lenti

Bəşəriyyətin ən sonuncu teleqramı
Dünya06:22 19.06.2013

Bəşəriyyətin ən sonuncu teleqramı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

144 il əvvəl Semuel Morze dünyada ilk teleqramı göndərib.

Bu əlamətdar hadisə ABŞ-ın Vaşinqton şəhərində baş verib. Gələn ay Hindistanda dünyanın sonuncu teleqramı göndəriləcək. Başqa ölkələrdə sözügedən xidmət artıq 7 ildir bağlanıb.

"ICTnews.az" elektron xəbər xidməti  bildirir ki, Hindistanın "Bharat Sanchar Nigam Limited" (BSNL) telekommunikasiya şirkətinin məlumatına görə, hazırda hər gün ölkə ərazisində təxminən 5 min teleqram göndərilir, lakin bununla belə xidmət zərərli olaraq qalır.

SMS və bir çox əlavə imkanlar təklif edən smartfonların populyarlığı teleqramın "dəfn edilməsi"nə səbəb kimi göstərilib. Beləliklə, xidməti bağlamaq qərarı qəbul edilib. Sonuncu teleqram iyulun 14-də göndəriləcək.

Qaynar.info