Xəbər lenti

İdman 21:10 05.06.2024

"Beşiktaş"ın yeni baş məşqçisi müəyyənləşdi

Türkiyənin "Beşiktaş" klubu yeni baş məşqçisinin adını açıqlayıb.

Report İstanbul klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Niderland millisinin sabiq üzvü Covanni van Bronkhorst "qara-qartallar"ı çalışdıracaq.

2+1 illik müqavilə bağlanan 49 yaşlı mütəxəssisin köməkçiləri Can Pol van Qastel və Sərdar Topraktepe olacaq.

Qeyd edək ki, futbolçu karyerasında "Arsenal" və "Barselona" kimi klublarda çıxış edən van Bronkhorst məşqçi olaraq sonuncu dəfə Şotlandiyanın "Reyncers" komandasında çalışıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->