Xəbər lenti

"Beşiktaş" yeni baş məşqçisini açıqladı
İdman16:30 17.01.2025

"Beşiktaş" yeni baş məşqçisini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin "Beşiktaş" klubu yeni baş məşqçisini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi "X" hesabı məlumat yayıb.
Komanda Ule-Qunnar Solskyaerə tapşırılıb. "Qara qartallar" Norveçdən olan 51 yaşlı mütəxəssisin fotosunu paylaşıb. Postda "Ole, Ole, Ole" yazılıb.
Qeyd edək ki, Ule-Qunnar Solskyaer son olaraq 2021-ci ildə ayrıldığı İngiltərənin "Mançester Yunayted" komandasının baş məşqçisi olub.