Xəbər lenti

Bəy öz toyunda biabır oldu
Dünya19:32 02.05.2017

Bəy öz toyunda biabır oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çində bəyin toy günü dəvət edib ailəsi və dostları kimi təqdim etdiyi 200 nəfərlik qonağın pul qarşılığında gələnlər olduğu məlum olub.

"Qaynar" BBC-yə istinadən xəbər verir ki, hadisə barədə yerli mətbuata gəlinin ailəsi məlumat verib. Gəlinin ailəsi bəyin dəvətliləri ilə danışarkən hamısının "bəyin dostlarıyıq" deməsindən, məclis başlayarkən isə bəyin ailəsinin ortalıqda olmamasından şübhələniblər. Bundan sonra onun yalan söylədiyi ortaya çıxıb.

Toyda iştirak edənlərin əksəriyyəti tələbə və taksi sürücüləri olub. Yerli mətbuata danışan qonaqlar bəyin onlara toyda iştirak etmələri üçün 80 yuan (təxminən 20 manat) pul verdiyini bildiriblər.

Bəyin bu yolla hansı qanunu pozduğu hələlik dəqiq deyil. Polis hadisə ilə bağlı araşdırma aparır.

İddialara görə, gəlinin ailəsi onun kasıb olduğunu bilməsin deyə bəy, ailəsini toya dəvət etməyib.

Sosial şəbəkələrdə geniş müzakirə olunan məsələyə istifadəçilərdən biri, "Əgər kasıbdırsa 200 nəfərin pulunu necə ödəyə bilib", - deyə yazıb.

Çingiz

Qaynar.Az