Xəbər lenti

Beynəlxalq Amnistiya Təşkilatı: Dünyada edamlar artıb - İran liderlik edir
Dünya06:05 24.05.2022

Beynəlxalq Amnistiya Təşkilatı: Dünyada edamlar artıb - İran liderlik edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Beynəlxalq Amnistiya Təşkilatının yeni hesabatında dünyada edam hallarının 20 faiz artdığı bildirilir. 
Qaynarinfo bu barədə Beynalxalq Amnistiya təşkilatının saytına istinadən xəbər verir. 
Hesabata görə, 2021-ci il ərzində 18 ölkədə ən azı 579 edam baş verib ki, bu da əvvəlki illə müqayisədə 20% artım göstərir: Keçən il İran ən azı 314 edamla diqqəti cəlb edir ki, bu da son dörd ildə ən yüksək göstəricidir. Məruzədə Çindəki edamların sayı qeyd olunmayıb. 
BAT İranda edamın artımını narkotiklərlə bağlı cinayətlərlə əlaqələndirib, amma eyni halda bu ölkədə insan haqlarının geniş pozulmasını da xüsusi qeyd edib.  
Səudiyyə Ərəbistanında edam hallarında keçən il, 2020-ci ilə muqayisədə ikiqat artım muşahidə olunur. Myanmarda isə keçən il 90 nəfərin edam edildiyi bildirilir.  
Təşkilatının məlumatına görə, 2021-ci ildə hakimlər dünyanın 56 ölkəsində an azı 2025 ölüm hökmü çıxarıblar və Banqladeş, Hindistan, Konqo Demokratik Respublikası, Misir və Pakistan kimi ölkələr arasında edam sayında kəskin artım baş verib. Bu məruzəyə Çin, Şimali Koreya və Vyetnamda ölüm hökmləri və edamlar daxil deyil.  
Beynəlxalq Amnistiya Təşkilatının dəyərləndirməsinə görə Çində hər il minlərlə edam hökmü icra olunur. 
M.Arif