Xəbər lenti

Beynəlxalq təşkilat Rusiyanı müharibəni dayandırmağa çağırdı
Dünya13:23 03.03.2022

Beynəlxalq təşkilat Rusiyanı müharibəni dayandırmağa çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rusiyanın Ukraynanı işğalı dünya üçün təhlükədir və sülhə təhdiddir”. 
Qaynarinfo xəbər verir ki, bu barədə Cənubi Koreyada fəaliyyət göstərən sülhməramlı "Səmavi mədəniyyət, cahanda barış və aydınlığa çıxmanın bərpası” (Heavenly Culture, World Peace, Restoration of Light (HWPL) qeyri-hökumət təşkilatının yaydığı bəyanatda bildirilir.  
Məlumat üçün deyək ki, bu təşkilat Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Şurasında və Qlobal Kommunikasiya Departamentində qeydiyyatdadır.
Təşkilatın bəyanatında vurğulanır ki, işğalla hansısa problemi həll etmək mümkün deyil: "Bu müharibədə və zorakı konfliktdə daha çox günahsız insanlar, xüsusilə, qadınlar, gənclər, uşaqlar əziyyət çəkir. İtirilmiş həyatı heç nə ilə kompensasiya etmək mümkün deyil. 
Rusiya öz qoşunlarını Ukraynadan çıxarmalı və Ukrayna xalqının təhlükəsizliyini təmin etməlidir. Rusiya sülh danışıqlarına hazır olduğunu açıq ifadə etməli, eyni zamanda beynəlxalq prinsiplərə hörmətlə yanaşmalıdır”, bəyanatda bildirilir. 
Təşkilat sonda xüsusilə, gəncləri müharibənin dayandırılması ilə bağlı bəyanatlara dəstək verməyə çağırıb. 
HWPL təşkilatının rəhbəri Lee Man Heedir. O həm də Cənubi Koreyada İsanın Şinçeonji Kilsəsinin qurucusudur.
Seyid