
Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristin Laqard bu gün məhkəmə qarşısına çıxacaq.
Laqard Fransada iqtisadiyyat və maliyyə naziri olduğu vaxt vəzifəsindən sui-istifadə etməkdə ittiham olunur.
Laqard "Adidas"ın "Credit Lyonnais" Bankına satışıyla bağlı məhkəmə işi çərçivəsində ifadə verəcək. Fransa polisi daha əvvəl bu işlə bağlı istintaq çərçivəsində Laqardın Parisdəki evində axtarış aparıb.
Qaynar.info