Xəbər lenti

Bəzi universitetlər Bakıdan kənara köçürülə bilər
Ölkə 11:39 16.01.2024

Bəzi universitetlər Bakıdan kənara köçürülə bilər

Bakıda fəaliyyət göstərən bəzi universitetlərin kənara köçürüləcəyi istisna deyil.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

Onun sözlərinə görə, bu, Elm və Təhsil Nazirliyinin həyata keçirməli olduğu çox ciddi bir islahatdır: "İstisna etmirəm ki, bir sıra universitetlər köçürülərək vahid bir kampus çərçivəsində fəaliyyətini davam etdirəcək. Bu həm təhsilin təşkili baxımından, həm də şəhərdaxili infrastrukturun təkmilləşdirilməsi üçün önəmli bir islahat ola bilər. Növbəti illərdə bu məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi ilə birgə tədbirlər planı hazırlanaraq icra edilə bilər", - deyə o qeyd edib.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->