Xəbər lenti

Big Ben 4 illik səssizlik dövrünə başlayır
Dünya11:14 15.08.2017

Big Ben 4 illik səssizlik dövrünə başlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İngiltərənin paytaxı Londonda yerləşən qədim Big Ben saatı 4 il müddətinə fəaliyyətinə ara verəcək.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, dünyada Big Ben adı ilə tanınan, rəsmi olaraq Elizabet qalası adlanan qədim tikili 21 avqustda fəaliyyətini sonlandıracaq və 4 il müddətinə restavrasiya dövrünə başlayacaq.

Saatın hissələri sökülərək təmizlənmək və bərpa edilmək üçün aparılacaq. 13,7 tonluq zəng də söküləcək.

İlk dəfə 1859-cu ildə zəng çalan saat bu günə qədər bir neçə dəfə susub, lakin ilk dəfədir belə uzun müddət fəaliyyətini dayandıracaq. 

Qeyd edək ki, bərpa prosesi 38 milyon dollara başa gələcək.

Gülşən

Qaynarinfo.Az