Xəbər lenti

Biletlərdə qeyri-adi xəbərdarlıq: Konsertdə rəqs etmək qadağandır
Dünya16:57 04.03.2018

Biletlərdə qeyri-adi xəbərdarlıq: Konsertdə rəqs etmək qadağandır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Məşhur misirli müğənni Tamer Hüsninin Səudiyyə Ərəbistanında təşkil edilən konserti üçün nəzərdə tutulan biletlər üzərində maraqlı xəbərdarlıq edilib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, 30 martda təşkil ediləcək konsertə biletlər 1,5 saatda satılıb. Satışa çıxarılan 6 min bilet üzərində "Konsertdə rəqs etmək qəti qadağandır" xəbərdarlığı edilib. 
Konsertdə qadın və kişilər fərqli yerlərdə oturaraq müğənninin çıxışını izləyə biləcəklər.
Qeyd edək ki, sərt qaydaların hökm sürdüyü Səudiyyə son dövrlərdə bəzi güzəştlər edərək ölkədə musiqi tədbirlərinə icazə verir.
Gülşən