Xəbər lenti

Bilgəhdə qadının iştirakı ilə kütləvi dava - Xəstəxanalıq oldular
Ölkə17:13 23.05.2016

Bilgəhdə qadının iştirakı ilə kütləvi dava - Xəstəxanalıq oldular

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə Bilgəh qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakinləri - 1973-cü il təvəllüdlü Seymur Kamil oğlu Babayev, 1993-cü il təvəllüdlü İxtiyar Yusif oğlu Məmmədov, 1991-ci il təvəllüdlü Tərlan Şamil oğlu Quliyev və 1975-ci il təvəllüdlü Gülnarə İbrahim qızı Babayevanın iştirak etdiyi davada onlar bir-birilərinə xəsarət yetiriblər. Dava iştirakçılarından T. Quliyev və İ. Məmmədov xəstəxanaya yerləşdirilib.

Qaynarinfo.az