Xəbər lenti

Bin Ladeni öldürən adam danışdı
Dünya09:14 30.10.2014

Bin Ladeni öldürən adam danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın "Foks Nyus" telekanalı 2011-ci il mayın 2-də "Əl-Qaidə" terror təşkilatının lideri Üsamə bin Ladenin öldürülməsində iştirak edən SEAL xüsusi təyinatlı dəstəsinin üzvündən müsahibə götürüb. Qaynar.info axar.az-a istinadən xəbər verir ki, bin Ladeni öldürən insanla ilk müsahibə sənədli film formatında noyabrın 11 və 12-də nümayiş olunacaq.

“Atıcı” ləqəbli xüsusi təyinatlı ilk dəfə ictimaiyyət qarşısına çıxaraq əməliyyat barədə danışacaq. O, 2011-ci ilin mayında xüsusi əməliyyata necə hazırlaşmaları barədə açıqlama verəcək.

"Foks Nyus" bildirib ki, filmdə indiyə qədər heç yerdə açıqlanmayan faktlar nümayiş olunacaq.

Qeyd edək ki, 2011-ci il mayın 2-də ABŞ Hərbi Dəniz Qüvvələrinin SEAL xüsusi təyinatları tərəfindən Üsamə bin Ladenin Pakistanın Abbottabad şəhərindəki villasında öldürülməsi ilə bağlı məlumat yayılmışdı. Mayın 6-da məlumat "Əl-Qaidə" tərəfindən də təsdiq olunmuşdu.

Daha sonra isə bin Ladenin öldürülməsini ABŞ Prezidenti Barak Obama da təsdiq etmişdi. “Mənim rəhbərliyim altında İslamabad yaxınlığında əməliyyat keçirildi. Amerika hərbçiləri inanılmaz şücaətlə bin Ladeni zərərsizləşdirdilər”, - Obama çıxışında bildirmişdi. 

Qaynar.info