Səudiyyə Ərəbistanın "El Arabiya" kanalı 2009-cu ildə çəkilmiş bir fotonu yayımlayıb.
Qaynarinfo xəbər verir ki, fotoda "Əl Qaida" terror təşkilatının öldürülmüş lideri Usamə Bin Ladenin 3 oğlu - Həmzə, Ladin və Məhəmməd yer alıb.
Kanal iddia edib ki, foto 2009-cu ildə İranda çəkilib. Bu şəkildən sonra Bin Ladenin oğulları İranı tərk edərək bir-birilərindən ayrılıblar.
Qeyd edək ki, 2011-ci ildə ABŞ tərəfindən öldürülən Bin Ladenin ölümündən öncə Həmzəni terror təşkilatının liderliyinə hazırlayırmış. ABŞ Həmzə Bin Ladeni atasının ölümündən sonra ən təhlükəli terrorçular siyahısına salib.
Soldan sağa: Həmzə, Ladin və Məhəmməd Bin Laden
Aydın