Xəbər lenti

Bin Ladenin evini darmadağın etdilər
Dünya12:24 05.02.2013

Bin Ladenin evini darmadağın etdilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Pakistan hökuməti Əl Qaidə terror təşkilatının keçmiş lideri Usamə bin Ladenin öldürüldüyü Abbodabad şəhərində nəhəng park salmaq niyyətindədir.

Qaynar.info-nun məlumatına görə, Pakistanda nəşr olunan Dawn qəzeti hökumət şəhərin terrorla xatırlanmasını unutdurmaq və turist axınını bərpa etmək üçün şəhərdə 30 milyon dollar dəyərində əyləncə parkı inşa edəcəyini bildirib.

Nəhəng parka zoopark, macəra klubu, yamac paraşütü, restoran və şəlalələr daxildir.

Artıq parkın tikintisinə başlanılıb. İlk iş isə Əl Qaidə liderinin öldürüldüyü evin sökülməsi olub.


Qaynar.info