Xəbər lenti

Bin Ladenin oğlu danışdı
Dünya18:22 11.05.2016

Bin Ladenin oğlu danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bütün müsəlmanlar fələstinli qardaşları ilə birlikdə olmalı və yəhudiləri öldürməlidir.
 
Axar.az xəbər verir ki, bu sözləri məşhur Əl Qaidənin terrorçusu Üsamə Bin Ladenin oğlu Həmzə Bin Laden deyib.
“Fələstinin azadlığı üçün Suriya açar rolunu oynayır. İslam ordusu yalnız burada güclənə bilər. Fələstinin qurtuluşu üçün yol çox yaxındır. Bütün müsəlmanlar diqqətini Suriyada cəmləməli və mücahidlərə dəstək verməlidir”, - Bin Laden bildirib.
O, bütün dünyanın müsəlmanları parçalamağa çalışdığını da vurğulayıb:
“Müsəlmanları birləşdirən islam dövlətinə ehtiyac var. Bu dövlət islam dünyası üçün böyük önəmə sahib olan Misir və Suriya ərazilərində qurulmalıdır”.
Qeyd edək ki, Həmzə Bin Ladenin bu sözlərini Əl Qaidə terror qruplaşmasının təbliğat qolu "Əs Sahab” yayıb.
Qaynarinfo.az