Xəbər lenti

Bina uçdu: 5 ölü - DƏHŞƏT
Dünya08:51 27.09.2013

Bina uçdu: 5 ölü - DƏHŞƏT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hindistanın Mumbay şəhərində beşmərtəbəli yaşayış binasının uçması nəticəsində azı 5 nəfər ölüb.

50 nəfərin də dağıntılar altında qaldığı ehtimal edilir. Uçqun səhər saatlarında, bina sakinləri yatarkən baş verib. Sakinlərin sözlərinə görə, hadisə baş verərkən binada 60-a yaxın adam olub. Ölən və xəsarət alanların sayı barədə rəsmi məlumat isə hələ verilməyib. Hadisə yerində 15 yanğınsöndürən briqada və digər xilasetmə xidmətləri işləyir.

Bu, il başlayandan Mumbayda ilk bina uçqunu deyil. İyunda yaşayış binasının uçması nəticəsində 10 nəfər, aprel ayında isə 74 nəfər həlak olmuşdu. Uçqunlara yaşayış binalarının tikilməsi zamanı təhlükəsizlik qaydalarına riayət edilməməsinin səbəb olduğu ehtimal edilir.

Qaynar.info