Miçiqan Universitetinin (ABŞ) əməkdaşları bədxassəli şişlərin iyini "hiss edən” kiborq çəyirtkə yaradıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə BioRxiv portalı robot həşəratın ağız xərçənginin diaqnozu üçün istifadə oluna biləcəyini izah edib.
Məsələ belə başlayıb: elm adamları üç növ ağız şişini fərqli şəkildə qəbul edən həşərat beyninin unikal xüsusiyyətlərini öyrənib. Bu, çəyirtkəyə bədxassəli yenitörəmələri xoşxassəli olanlardan ayırmağa imkan verir. Xərçəngin diaqnozunda həşəratlardan istifadə etmək üçün onların beyinlərinə xüsusi elektrodlar yerləşdirərək onları "kiborqa” çevirmək lazım
olub.
Elektrodlar qoxuları hiss etmək üçün istifadə edilən həşərat antenalarından siqnal alan ərazilərə implantasiya edilib.
İlk dəfədir ki, canlı həşəratın beyni xərçəngin aşkarlanması vasitəsi kimi sınaqdan keçirilir. Çəyirtkələr bir çox digər eksperimental heyvanlardan daha əlverişlidir - onlar ağrı hiss etmirlər və buna görə də anesteziyaya ehtiyac duymurlar. Düzdür, yuxarıda təsvir edilən prosedur çəyirtkəni öldürür. Tədqiqatçılar, çəyirtkə kimi zərərvericiləri belə öldürməklə xərçəng skrininqi təsdiqləndikdə yarana biləcək problemlərdən qorxaraq, "Böcək bədən funksiyası baxımından ölüdür, biz sadəcə onun beynini canlı saxlayırıq" deyirlər.
Alpər