
Hindistanda qanunsuz tikilən evlərin sökülməsinə etiraz edən bir ailənin 5 üzvü özlərini yandırıblar.
Qaynar.info-nun məlumatına görə, polis Qucarat ştatındakı bələdiyyə binasının qarşısına gələn 5 nəfərin üzərlərinə benzin töküb özlərini yandırdıqlarını bildirib.
Rəsmilər hadisə zamanı Bharat Mansingh adlı bir nəfərin öldüyünü, ciddi yanıq xəsarəti alan 4 nəfərin isə xəstəxanaya aparıldığını deyiblər.
Qaynar.info