Xəbər lenti

Bir ailənin qətlində ittiham olanan keçmiş boksçuya bəraət verildi - 1968-ci ildə nə baş verib?
Dünya 14:14 26.09.2024

Bir ailənin qətlində ittiham olanan keçmiş boksçuya bəraət verildi - 1968-ci ildə nə baş verib?

Yaponiya məhkəməsi 88 yaşlı İvao Hakamada bəraət verib. 

Qaynarinfo xəbər verir ki, o, 1968-ci ildə 4 nəfərlik bir ailəni qətlə yetirdiyinə görə edam cəzasına məhkum olunub. Onilliklər ərzində onun müdafiə komandası apellyasiya şikayətləri verib. 

2014-cü ilə qədər Hakamada barəsində ölüm hökmü qüvvədə saxlanılıb, bundan sonra o, azadlığa buraxılıb və yenidən məhkəmə prosesi başlayıb. 

"Kyodo" xəbər verir ki, məhkəmə onun təqsirini sübut edən faktların uydurma olduğunu müəyyən edib.

İvao Hakamada keçmiş peşəkar boksçudur. İdman karyerasını bitirdikdən sonra fabrikdə işə düzəlib. 30 iyun 1966-cı ildə keçmiş idmançının rəhbərlərindən birinin evində yanğın baş verib və Hakamada yanğını söndürməyə kömək edib. Onun sözlərinə görə, daha sonra rəisinin, həyat yoldaşının və iki uşağının bıçaq xəsarətləri olan meyitini aşkarlayıb. Kimsə evdən təxminən 200 min yen oğurlayıb.

Həmin şəxs həbs edilib və qətldə ittiham olunub. 20 günlük dindirmədən sonra o, günahını etiraf edib. Lakin məhkəmədə bildirib ki, etiraf işgəncə altında ondan alınıb. Həbsdən bir il sonra fabrikdəki miso qablarından birində qan izləri olan paltarlar tapılıb. İzlər qurbanların qan qruplarına uyğun olub. 

Məhkəmə Hakamadanı ölüm cəzasına məhkum edib və 1980-ci ildə Yaponiya Ali Məhkəməsi hökmü təsdiq edib. Bundan sonra Hakamadanın vəkilləri 2014-cü ilə qədər apellyasiya şikayətləri veriblər. 2011-ci ildə İvao Hakamada ölüm cəzasının icrasını ən çox gözləyən şəxs kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.

Məhkəmə 2014-cü ilin martında işi yenidən açıb və İvao Hakamada sərbəst buraxılıb. Daha sonra ekspertiza göstərib ki, tapılan qanlı paltarda Hakamadanın DNT-si yoxdur. Son dinləmə bu ilin may ayında baş tutub, prokurorlar ölüm hökmündə israr etməyə davam ediblər. Bununla belə, məhkəmə sübutları, eləcə də Hakamadanın qətli etiraf etməsini uydurma fakt kimi tanıyıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->