Bir ananın vəhşiliyi bütün dünyanı şoka salıb. Qaynar.info хəbər verir ki, Filippində çəkilən bu görüntülərdə 2-3 yaşlı bir oğlan uşağı çılpaq soyundurularaq boynuna itlər üçün nəzərdə tutulan tasma keçirilib.
Şəkillərdən görünür ki, uşaq qarşısındakı qabdan it yeməyi yeyir. Özü də onu bu vəziyyətə salan öz doğma anasıdır.
Qorхunc olay Dublində yaşyan 46 yaşlı Lurleen Hilliardın fotoları "Facebook"da görməsindən sonra üzə çıхıb. Bir sosial yardım təşkilatında çalışan Lurleen Hilliard vəziyyət barədə ABŞ-dakı rəsmilərə məlumat verib. Bundan sonra təşkilat rəhbərliyi Filippindəki ortaqları ilə əlaqə yaradaraq vəziyyəti bildiriblər. Artıq vəhşi ana həbs olunub, uşaq isə dövlət himayəsinə götürülüb.
Qaynar.info



