
Dünya daha bir rekordçusunu itirdi.
Anspress-in məlumatına görə, bədənin 93 faizini döymə ilə örtülən təqaüdçü qadın dünyasını dəyişib.
İngilis İsobel Varli 500 saat vaxt sərf edərək bədəninə 200-dən çox döymə vurdurub. Qadın 77 yaşında vəfat edib.
Varli gəncliyində katibə işləyib. O, ilk döyməsini 49 yaşında etdirib. Bundan sonra onda döymə asıllılığı yaranıb.
"Başlanğıcda bir döymə etdirəcəkdim. Balaca bir quş... Amma sonradan bu döyməyə aşiq oldum və asıllılıq yarandı", deyə o döymə sevgisini anlatmışdı.
"Ən çox döyməsi olan təqaüdçü qadın" adı ilə Ginnesin rekordlar kitabına düşən qadın Alzaymer xəstəliyindən əziyyət çəkib.
O, bu xüsusiyyətinə görə əfsanə adlandırılırdı.
Qaynar.info






