Xəbər lenti

Bir gündə 10 nəfər edam edildi: eyni maddə ilə ittiham olunublar
Dünya12:02 23.06.2018

Bir gündə 10 nəfər edam edildi: eyni maddə ilə ittiham olunublar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çinin cənubunda yerləşən Quanqdonq əyalətinin Şanvey şəhərində məhkəmə narkotik ticarətində ittiham olunan 10 nəfər barəsində ölüm hökmü çıxarıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, hökmün verilməsinin ardından ittiham olunan şəxslər edam edilib.
Qeyd edək ki, narkotik ticarəti Çində ağır cinayət əməli hesab edilir və qanunvericiliyin tələblərinə əsasən məhkəmələr bu tip cinayət işlərində çox vaxt edam hökmü çıxarırlar.