Xəbər lenti

Bir gündə 42 nəfər öldürüldü
Dünya09:45 14.07.2013

Bir gündə 42 nəfər öldürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Silahlı muxaliflərlə ordu qüvvələri arasında qarşıdurmalar davam edir

Suriyada rejimə bağlı ordu qüvvələri hakimiyyətin əleyhinə olanlara qarşı hücumlara davam edir. Anspress-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Suriya İnsan Haqqları Təşkilatı (SNHR) müxaliflərə havadan və qurudan edilən hücumlar nəticəsində 42 nəfərin öldüyünü açıqlayıb. 

Dəməşqdə 28, Derada 5, İdlib və Hələbdə 3, Humusda 2 və Deyruzda 1 nəfər qətlə yetirilib.

Şəhərin Yermuk, Kabuk və Mudamiyət əl Şam bölgələrində silahlı muxaliflərlə ordu qüvvələri arasında qarşıdurmaların yaşandığı bildirilib.