Xəbər lenti

Bir gündə 92 ölü
Dünya10:01 15.07.2013

Bir gündə 92 ölü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Suriyada qarşıdurma davam edir

Suriya İnsan Haqları Təşkilatının (SNHR) son hesabatına görə, Əsəd rejiminə sadiq ordu birliklərin hava və qurudan həyata keçirdikləri hərbi əməliyyat zamanı 1 gündə 92 nəfər ölüb. 

Anspress Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatda Süriyanın Şamın bölgəsində 39, İdlibdə 27, Humusta 10, Deyruz-Zorda 5, Hələbdə 4, Hamada 3, Rakka və Derada 2 olmaqla ümumilikdə 92 nəfər həyatını itirib.

Qeyd edək ki, Suriya rəsmi xəbər agentliyi “SANA” təhlükəsizlik qüvvələrinin müxtəlif şəhərlərdə reallaşdırdığı əməliyyatlarda çoxlu sayda muzdlu əsgərin məhv edildiyi barədə açıqlama verib.