Xəbər lenti

Bir həftədə 100-ə yaxın insan qripdən öldü
Dünya05:58 19.03.2016

Bir həftədə 100-ə yaxın insan qripdən öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Meksikada həftə ərzində qrip xəstəliyindən ölənlərin sayı 95 nəfər təşkil edib. 2015-ci ilin oktyabrından bu yana ölənlərin ümumi sayı isə 277 nəfərə çatıb.
Qaynar.info report-a istinadən bildirir ki, bu barədə cümə günü Latın Amerikası ölkəsinin Səhiyyə Nazirliyinin Baş Epidemiologiya İdarəsi məlumat yayıb.
Meksikada ümumilikdə 7,2 min müxtəlif qrip viruslarına yoluxma halı qeydə alınıb.
204 halda ölüm hadisəsi "donuz qripi"nə yoluxma A (H1N1) nəticəsində baş verib.
Qaynar.info