Xəbər lenti

Bir milyarder səhvi: Yaxtasına verdiyi ad qalmaqala səbəb oldu
Dünya 18:00 16.01.2026

Bir milyarder səhvi: Yaxtasına verdiyi ad qalmaqala səbəb oldu

Texnologiya dünyasının tanınmış simalarından biri, "Oracle" şirkətinin həmtəsisçisi Larri Ellison superyaxtasının adındakı qalmaqallı detalı xeyli gec fərq edib. Yapon mifologiyasından ilhamlanaraq "İzanami" adı verilən lüks yaxtanın adının güzgüdə əksi ingilis dilində tamamilə fərqli və qalmaqallı məna kəsb edib. Bunun ardınca milyarder iş adamı çıxış yolunu adı sürətlə dəyişməkdə tapıb.

Qaynarinfo xəbər verir ki, "Oracle"ın qurucusu Almaniyada inşa edilən 58 metrlik superyaxtasını yapon mifologiyasından götürülmüş adla dənizə buraxıb - "İzanami". Şinto inanclarında yaradılış və ölüm ilə əlaqələndirilən ilahəyə edilən bu istinad ilk baxışdan zərif səslənsə də, adın güzgüdə oxunuşu vəziyyəti dəyişib.

"İzanami” sözü tərsinə oxunduqda "I’m a Nazi" ("Mən nasistəm") ifadəsini xatırlatdığı üçün Larri Ellison üçün ciddi narahatlıq yaradıb. Səhv üzə çıxandan sonra milyarder sosial şəbəkələrdə istehza obyektinə çevrilib. Bəziləri bunu "tam bir milyarder səhvi” adlandırıb, digərləri isə "film ssenarisinə oxşayır” kimi şərhlər yazıb.

Hadisəni gec fərq edən Ellison çıxış yolunu yaxtanın adını dəyişməkdə görüb. "New York Post"un məlumatına görə, qısa müddət ərzində yaxtaya "Ronin” adı verilib.

242 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı insanları siyahısında beşinci yerdə qərarlaşan, hazırda 81 yaşı olan Larri Ellison İsraillə yaxın əlaqələri və siyasi mövqeləri səbəbindən tez-tez müzakirə mövzusu olan fiqur kimi tanınır.

Ad dəyişikliyindən sonra yaxtanın sahibinin də dəyişdiyi bildirilir. Hazırda meqayaxtanın sahibi İtaliyanın əczaçılıq sektorunun tanınmış simalarından Alessandro Del Bonodur.

Bununla belə, yaxta əl dəyişdirsə də, əvvəlki adı internet yaddaşında qalmaqda davam edir və sosial mediada yenidən gündəmə gəlib.

Aydın

--> -->