
Alimlər maraqlı araşdırma aparıb. Qaynar.info xəbər verir ki, araşdırmalar nəticəsində bir dəfə dodaq-dodağa öpüşmə zamanı insandan insana təxminən 80 milyon bakteriya keçir.
Araşdırmalara rəhbərlik edən professor Remko Kort bildirib ki, sınaqlara 21 cütlük cəlb ediblər. Tez-tez öpüşən cütlüklərdən bir-birinə 80 milyona yaxın bakteriyanın keçdiyi müşahidə edilib.
Qaynar.info