Türkiyənin Bingöl vilayətində terrorçu Kürdüstan Fəhlə Partiyasının (PKK) 18 üzvü həbsxanadan qaçıb. Bu barədə Trend Türkiyənin "Sabah" qəzetinə istinadən xəbər yayıb.
Hazırda Diyərbəkir və Bingöl vilayətlərinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən onların axtarışı həyata keçirilir.