
Avstraliyada 3 uşağı ilə metroya çatmağa çalışan qadın əvvəlcə bir uşağını liftdə unudubu, uşaq arabasında olan digər körpə isə relslərin üzərinə düşüb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, övladını liftdə unutduğu üçün narahatlıq keçirən və onu götürməyə gedən qadın uşaq arabasını nəzarətsiz buraxıb və maşın sürüşərək relslərin üstünə düşüb. Dərhal uşağını çıxartmağa çalışan anaya ətrafdakı insanlar kömək edib. Hadisə nəticəsində körpə yüngül yaralanıb.
Gülşən
Qaynarinfo.Az