Xəbər lenti

Bir uşaq 2 dəfə dünyaya gələ bilərmi? - FOTO
Dünya16:57 09.11.2016

Bir uşaq 2 dəfə dünyaya gələ bilərmi? - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın Texas ştatında yaşayan Marqaret Hauking Bimerin, hamiləliyinin 16-cı həftəsində bətnindəki uşağın onurğa iliyində şiş olduğu məlum olur. Həkimlər, qadına hamiləliyini bitirməyi təklif edirlər. Ancaq, ailə bu təklifi qəbul etmir və qeyri-adi görünən digər üsulun tətbiq olunması gündəmə gəlir. 

Ana övladına görə bu riski gözə alır və ikinci qeyri-adi üsulu qəbul edir. Həkimlər, körpəni ana bətnindən alaraq şişi təmizləyirlər və yenidən bətnə yerləşdirirlər. Əməliyyat zamanı 500 qram olan Laynli adlı körpənin şişi də elə həmin ağırlıqda idi. Təxminən, 20 dəqiqə davam edən əməliyyatdan sonra körpə yenidən ana bətninə yerləşdirilir. Beləliklə, şişin böyük qismi götürülür. Əməliyyat zamanı körpənin ürəyi dayansa da, həkim körpəni həyata qaytara bilir.

Ana doğuşa qədər keçən 12 həftəni yataqda keçirir və Laynli 6 iyun 2016-cı ildə Qeysəriyyə ilə yenidən dünyaya gətirilir. Körpə 8 günlük ikən ikinci əməliyyat keçirdərək, şişin qalan qismindən də təmizlənir. Dünyaya 2 dəfə gələn Laynli bu gün sağlam həyatına davam edir.(publika.az)

Qaynarinfo.Az