Göygöl Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Turani Əliyev yaş həddi ilə bağlı təqaüdə yola salınıb.
Qaynarinfo xəbər verir ki, dövlət qulluğunda olmanın yaş həddi başa çatdığına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.
Qeyd edək ki, Turani Həndəm oğlu Əliyev uzun müddət müxtəlif rəhbər vəzifələrdə çalışıb.
O, 2006-cı ilın aprelin 24-dən 2006-cı ilin noyabrın 7-dək Göygöl RİH başçısının Aqrar məsələlər üzrə başçının müavini, 2006-cı ilin noyabrın 7-dən hazıradək RİH başçısının birinci müavini vəzifəsində çalışıb.
Eyni zamanda T.Əliyev 2020-ci ilin mayın 22 -dən 2022-ci ilin iyulun25-dək İcra Hakimiyyətinin başçısı vəzifəsini müvəqqəti icra edib.
O, həmçinin 010-2022-ci illərdə Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri vəzifəsində işləyib.
11.31
Göygöl Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Əliyev Turani Həndəm oğlu vəzifədən azad olunması üçün ərizə yazıb.
Qaynarinfo xəbər verir ki, o, bu barədə məlumatı "Report"a təsdiqləyib.
T.Əliyev 65 yaşı tamam olduğuna görə vəzifədən azad olunması üçün ərizə yazdığını bildirib.
Birinci müavin hazırda məzuniyyətdə olduğunu və ərizəsini də təqdim etdiyini söyləyib.
Qeyd edək ki, T.Əliyev 18 il Göygöl Rayon İcra Hakimiyyətində vəzifədə çalışıb. O, bir müddət icra başçısının səlahiyyətlərini də icra edib.
Şərhlər