Xəbər lenti

«Birinci xanım alt paltarlarını pay verir» yazan jurnalist həbs edildi
Dünya14:06 04.10.2017

«Birinci xanım alt paltarlarını pay verir» yazan jurnalist həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Zimbabvedə nəşr olunan "News Day" qəzetinin əməkdaşı Kennet Nyanqani prezident Robert Muqabenin həyat yoldaşı Qrase Muqabe ilə bağlı yazdığı yazıya görə həbs olunub.

"Qaynarinfo" xəbər verir ki, jurnalistin qələbə aldığı yazıda prezidentin partiyasına üzv olanlara edilən paltar yardımları arasında Qrase Muqbenin istifadə olunmuş alt paltarları və gecə geimlərinin də olunduğu bildirilir.

Jurnalistin müdafiəsi ilə məşğul olan Zimbabve İnsan Haqqları üçün Vəkillər Təşkilatı ZLHR-dən verilən açıqlamada bildirilir ki, Kennet Nyanqani "böhtan atma" maddəsi ilə ittiham olunaraq saxlanılıb.

Qeyd edək ki, "News Day" qəzeti bazar ertəsi iqtidardakı Zanu PF partiyasının millət vəkillərindən olan Esau Mupfuminin başçılıq etdiyi xeyriyyə aksiyamı barədə xəbər yaymışdı. Xəbərdə Mupfuminin partiya üzvlərinə istifadə olunmuş paltarlar payladığı və bu zaman paltarların şəxsən prezidentin həyat yoldaşı Qrame Muqabaya aid olduğunu bildirmişdi.

Xəbərdə qeyd edilir ki, Mumpfumi aksiya zamanı "Sizin üçün alt paltarlarımız da var, sizinkilərin heç də yaxşı vəziyyətdə olmadığını dedilər mənə. Bu üzdən gəlin və payınıza düşəni alın" deyib.

Beynəlxalq Amnistiya Təşkilatı Kennet Nyanqaninin həmin xəbərə görə həbs olunmasını ölkədə jurnalistlərə göz dağı vermək üçün atılan planlı addım adlandırıb və jurnalistin dərhal azad edilməsini tələb edib.

Onu da qeyd edək ki, ölkə xaricində etdiyi bahalı alış-verişlərlə gündəmdə olan 52 yaşlı Qrase Muqabe 93 yaşlı əri Robert Muqabenin siyasi mirasını ələ almaq və ölkəyə rəhbərlik etmək istəyir.

Afrikanın cənubunda yerləşən Zimbabveyə 37 ildir Robert Muqabe başçılıq edir. Ölkədəki iqtisadi böhran səbəbi ilə əhalinin böyük əksəriyyəti istifadə olunmuş geyimlərdən yararlanmağa məcburdur. Aralarında alt paltarlarının da olduğu ikinci əl geyimlər Zimbabveyə əsasən Qərb ölkələrindən gətirilir və Mozambik üzərindən çatdırılır.

Aydın

Qaynarinfo.Az