Xəbər lenti

Birinci xanıma məktub: "Ərim 191 gündür həbs olunub"
Dünya14:38 28.02.2013

Birinci xanıma məktub: "Ərim 191 gündür həbs olunub"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Suriyada 191 gündür itən jurnalist Bəşər Fəhmi Kaduminin xanımı Arzu Kadumi prezident Bəşər Əsədin xanımı Əsma Əsədə müraciət ünvanlayıb. 

Qaynar.info-nun məlumatına görə, Əsma Əsədə məktub ünvanlayan Arzu Kadumi yazıb: 

"Mənə 191 gündür hər gün atasını soruşan oğluma nə cavab verəcəyimi söylə. Ərim heç bir günahı olmadan 191 gündür Suriyada həbs edilib. Sağ olub olmadığını da bilmirəm. Sizin orada gücünüz olduğunu bilirəm. Bir ana olaraq özünü mənim yerimə qoyub ərimi axtararsanmı? İstədiyim sadəcə ərim haqqında bir məlumatdır. Bəşər heç kimin tərəfini tutmur, sadəcə ölkəsindəki müharibəni dünyaya çatdırmaq istəyib. O sadəcə bir jurnalistdir.  11 yaşındakı oğlum hər gecə yuxusunda atasını görür. Heç bir ana müharibə istəməz. Siz bilirsiniz ki, analar hər şeyi hiss edərlər". Səsim sizə çatarsa buna biganə qalmayacağınıza əminəm". 

Qaynar.info