Böyük Britaniyada inflyasiya 9,4%-lə son 40 ilin ən yüksək səviyyəsinə yüksəlib.
Qaynarinfo bu barədə "Indipendent"ə istinadən xəbər
verir.
Böyük Britaniyada inflyasiya həyat xərcləri böhranına səbəb olan ərzaq və yanacaq qiymətlərinin artması səbəbindən bu səviyyəyə yüksəlib.
Boyuk Biritaniyanın Milli Statistika İdarəsinin çərşənbə günü verdiyi məlumata görə, istehlak qiymətləri bu ilin iyun ayına qədər əvvəlki ayla müqayisədə 9,4% artıb.
Yeni rəqəm inflyasiyanın 11%-ə çatdığı 1982-ci ildən bəri ən yüksək göstəricidir.
Ekspertlərin dediyinə görə, Rusiyanın Ukraynadakı müharibəsi dünyada ərzaq və enerji qiymətlərini artırıb, neft, təbii qaz, taxıl və yemək yağının daşınması dayandırılıb, bu qlobal bohran keçən illər də yaranan və indiyədək davam edən COVID-19 pandemiyası ilə bərabər dünyada qiymət artımına səbəb olub.
M.Arif