Xəbər lenti

Bismarkların
Dünya 23:04 28.10.2024

Bismarkların "vergi cənnəti": Almaniyada bir meşə daxması 20-dən çox böyük şirkətin ofisi olub

Hamburq yaxınlığındakı meşələrdə, Saksenvald adlanan sakit ərazidə jurnalistlər Otto fon Bismarkın nəslindən olan ailəyə məxsus qeyri-adi "vergi cənnəti" aşkar ediblər. 

Qaynarinfo xəbər verir ki, bu ərazinin sahibi Almaniyanın birinci kanslerinin nəvəsinin oğlu Qreqor fon Bismarkdır.

Burada təxminən 70 kvadrat kilometr ərazini əhatə edən unikal vergi qaydaları tətbiq edilir ki, bu da firmalara Almaniyanın digər bölgələri ilə müqayisədə xeyli aşağı vergi ödəməyə imkan verir. Məsələ ondan ibarətdir ki, Bismarkların ərazisi "müstəqil ərazi" kimi tanınır və bütün vergilər birbaşa onun sahibinə, yəni Qreqor fon Bismarka ödənilir.

Bu ərazidə yalnız bir taxtadan daxma var, lakin ondan iri logistik firmalar da daxil olmaqla 21 şirkət hüquqi ünvan kimi istifadə edir. Üstəlik, Bismarklar tərəfindən hələ 1958-ci ildə müəyyən edilmiş ticarət vergisi dərəcəsi, məsələn, yaxınlıqdakı Hamburqdan demək olar ki, iki dəfə aşağıdır.

"FragDenStaat" qeyri-kommersiya təşkilatı bildirir ki, meşədəki daxma heç bir şirkətin ofisi kimi istifadə olunmur. Evə yalnız meşə təsərrüfatı maşınları yaxınlaşa bilər və ən yaxın asfalt yoldan səyahət təxminən 30 dəqiqə çəkir.

Jurnalistlər daxmada yalnız köhnə mebel və söndürülmüş məişət texnikası aşkar ediblər. Qreqor fon Bismark özü şərh verməkdən imtina edir və vergi gəlirləri ilə bağlı bütün məlumatlar kommersiya sirri bəhanəsi ilə gizli saxlayır.

Araşdırma vergi pozuntularından şübhələnən alman siyasətçilərin diqqətini çəkib. Solçular partiyasının nümayəndələri artıq mümkün vergi fırıldaqçılığı ilə bağlı şikayət veriblər, XDB/XSB və Azad demokratlar partiyası kimi digər partiyaların üzvləri vergi sxeminə hüquqi cəhətdən araşdırılmasını tələb edirlər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->