"Bitcoin" qiymətində son dövrdə baş verən əhəmiyyətli artım, investor tələbindəki yüksəlişlə birlikdə, rəqəmsal aktivlər üzrə fəaliyyət göstərən şirkətləri kapital bazarlarından maliyyə təmin edib kripto valyutalara sərmayə yatırmağa təşviq edir.
Qayanrinfo xəbər verir ki, "Financial Times" qəzetində yayımlanan məlumata görə, "Bitcoin" ötən həftə 111 min 965 dollarla bütün zamanların ən yüksək səviyyəsinə çataraq bazarda əhəmiyyətli bir canlanmaya səbəb olub.
BitcoinTreasuries.net-in məlumatına əsasən, aprel ayının əvvəlində "Bitcoin" saxlayan ictimai şirkətlərin sayı 89-dan 113-ə yüksəlib. Bu şirkətlər birlikdə təxminən 88 milyard dollar dəyərində 800 mindən çox "Bitcoin"ə sahibdirlər.
Hətta ABŞ-ın keçmiş prezidenti Donald Trampın ailəsi tərəfindən idarə olunan media şirkəti də kripto aktivlərə investisiya qoymaq üçün 2,5 milyard dollar ayırmağı planlaşdırdıqlarını təsdiqləyib. Aprel ayının əvvəlindən bu yana təxminən 50 faiz artan "Bitcoin" bu gün 109 min dollar səviyyəsinin üzərində ticarətə başlayıb. Digər kriptovalyuta olan "Ethereum" isə hazırda 2634 dollardan alıcı tapır.
Niderland mənşəli "Flow Traders" şirkətinin rəqəmsal aktivlər üzrə strateqi Aaron Çan bildirib ki, ABŞ və Çin arasında ticarət gərginliyinin azalması və bazarlardakı oynaq davranışların sabitləşməsi bu istiqraz emissiyalarını dəstəkləyən əsas amillərdən biridir.
Kripto eksperti deyib: "Bu vəziyyət davam etdikcə, investorların bazara qayıdıb ‘növbəti strategiyanın’ təməlini anlamağa çalışdıqlarını görürük".
Bununla belə, Çan Trampın qeyri-sabit gömrük tarifləri siyasətlərinin bəzi investorların ehtirasını azalda biləcəyini də qeyd edib.
Mütəxəssislərin fikrincə, bir çox şirkət, əvvəllər "MicroStrategy" adı ilə tanınan və hazırda 580 min "Bitcoin" toplamış, bazar dəyəri 100 milyard dolları aşan proqram təminatı şirkəti Strategynin uğurunu təkrarlamağa çalışır.
Aydın
Şərhlər