Xəbər lenti

Bitcoinin qiyməti yeni tarixi rekord müəyyən etdi
Dünya 14:18 20.01.2025

Bitcoinin qiyməti yeni tarixi rekord müəyyən etdi

Bitcoin tarixi maksimum qiymətini yeniləyib və 20 yanvar bazar ertəsi saat 09:06-da 109007 dollar səviyyəsinə çatıb.

Qaynarinfo xəbər evrir ki, bu barədə CoinDesk məlumatlarından görünür.

Saat 09:50-yə olan məlumata görə, aparıcı kriptovalyutanın qiyməti bir qədər enərək 107817 dollar olub. Kriptovalyutanın kapitallaşması 2,14 trilyon dollara çatıb.
Dünyanın ən böyük kriptovalyutası 2025-ci ilin əvvəlindən indiyədək təxminən 14 min dollar əlavə artım göstərib və yeni rekorda nail olub.

Eyni vaxtda ikinci ən böyük kapitallaşmaya malik olan Etherium-un qiyməti hər vahid üçün 3377 dollara yüksəlib.

Xatırladaq ki, 17 yanvar tarixinədək Bitcoin yenidən rekord səviyyələrə doğru irəliləməyə başlamışdı. Buna səbəb isə kriptovalyuta tərəfdarı Donald Trampın ikinci prezident andiçmə mərasiminə cəmi bir neçə gün qalması idi.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->