Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə axşamı, noyabrın 8-də axşam müraciətində bildirib ki, Ukrayna müdafiəçiləri rus işğalçılarının Xerson vilayətindəki planlarından xəbərdardırlar.
"Xerson bölgəsi: biz düşmənin nə planlaşdırdığını aydın başa düşürük, ona görə də ona uyğun hərəkət edirik. Diqqətlə, düşünülmüş şəkildə və bütün ərazimizin azad edilməsi maraqlarına uyğun olaraq. Biz mövqelərimizi möhkəmləndiririk, Rusiyanın logistikasını qırırıq, düşmənin ölkəmizin cənubunu işğal altında saxlamaq potensialını ardıcıl olaraq məhv edirik”, - dövlət başçısı bildirib.
Zelenski qeyd edib ki, informasiya məkanında cəbhədən bir qədər az xəbər olsa da, bu, döyüşlərin intensivliyinin azaldığı anlamına gəlmir. O vurğulayıb ki, hazırda bütün cəbhə boyu vəziyyət ağırdır, bəzi ərazilərdə şiddətli mövqe döyüşləri gedir.
"... Donbasda xüsusilə ağırdır, hələ də... işğalçılar çox böyük itkilər verirlər, lakin Donetsk vilayətinin inzibati sərhədinə çatmaq əmri dəyişməyib", - prezident əlavə edib və Donbasda mövqe tutan Ukrayna müdafiəçilərinə təşəkkür edib.
Nizami Bağırov