Xəbər lenti

Biz heç vaxt Zelenski ilə Putini bir masa arxasında görməyəcəyik - Kuleba
Dünya11:54 10.08.2023

Biz heç vaxt Zelenski ilə Putini bir masa arxasında görməyəcəyik - Kuleba

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Rusiya qoşunlarının işğal olunmuş Ukrayna ərazilərindən çıxarılmasından sonra Ukrayna ilə Rusiya Federasiyası arasında danışıqların aparılması mümkündür. Bununla belə, nazirin sözlərinə görə, razılaşmalar Vladimir Putinlə olmayacaq.
Qaynarinfo xəbər verir ki, o, bu barədə "Corriere della Sera” nəşrinə müsahibəsində deyib. 
"Biz Rusiya ilə onların qoşunları torpaqlarımızdan çıxarıldıqdan sonra danışıqlar apara bilərik, lakin Putinlə deyil. Bu məqsədə müharibə və diplomatiyanın qarışığı ilə nail olmaq olar. Birinci məsələ ilə bizim generallar məşğuldur, onların vəzifəsi rusiyalıları geri çəkilməyə sövq etmək və başa salmaq ki, döyüşməkdənsə, danışmaq daha yaxşıdır. Mən mümkün olduqda diplomatiya və dialoqa əhəmiyyət verirəm”, - nazir bildirib. 
Kuleba əlavə edib ki, Putin "danışıqlarda tərəfdaş” deyil.
"Biz artıq Vladimir Putinlə birbaşa danışıqlar aparmaq istəmirik. Ölkəmizə qarşı təcavüz başlayandan törədilən cinayətlər bizim bir masa arxasında oturmağımız üçün çox ağırdır”, - Kuleba vurğulayıb. 
Nazir bildirib ki, məsələləri həll etmək üçün başqa diplomatik yollar da var.
"Ancaq biz başa düşürük ki, biz heç vaxt Putinlə Zelenskini eyni masa arxasında görə bilməyəcəyik”, – Ukraynanın xarici işlər naziri deyib.
Bundan bir qədər əvvəl media mənbələrə istinadən xəbər verib ki, BƏƏ prezidenti Məhəmməd bin Zayed Roma Papası Fransiskin xahişi ilə Zelenski ilə Putin arasında görüş "təşkil etmək” istəyir.
Ukrayna prezidenti bəyan edib ki, Kiyev işğalçı qoşunları ölkə ərazisində qalarsa, Rusiya ilə danışıqlar masasına əyləşməyəcək.
Nizami Bağırov