Xəbər lenti

“Biz həmrəyik”: Peskov Ukraynadakı müharibə ilə bağlı qəfildən Qərbi dəstəklədi
Dünya06:08 24.05.2023

“Biz həmrəyik”: Peskov Ukraynadakı müharibə ilə bağlı qəfildən Qərbi dəstəklədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Federasiyası liderinin mətbuat katibi Dmitri Peskov Qərbin Ukrayna ilə müharibəni "dondurmaq olmaz” tezisini dəstəkləyən qəfil açıqlamasıyla hamını təəccübləndirib.
Qaynarinfo xəbər verir ki, o, bu barədə TASS-ın "münaqişənin dondurulmasına” icazə verilməsinin mümkünlüyü barədə suala cavabında danışıb. Bundan əvvəl Ağ Ev bu variantla bağlı mənfi fikirlər səsləndirmişdi. "Rusiya Qərblə həmrəydir”, - deyə Peskov cavab verib.
O, aydınlaşdırıb ki, Rusiya Federasiyası üçün müharibəyə son qoymağın yeganə variantı "xüsusi hərbi əməliyyatın” Rusiyanın xeyrinə başa çatdırılmasıdır.
"Öz maraqlarını təmin etmək, Rusiyanın qarşısında duran məqsədlərə ya xüsusi hərbi əməliyyatla, ya da digər mövcud vasitələrlə nail olmaq”, – Peskov sadalayıb.
Xatırladaq ki, mayın 18-də "Politico” Ağ Evin bir sıra yüksək rütbəli üzvləri ilə söhbətdən sonra ABŞ-ın Koreya senarisindən nümunə götürərək Ukraynada "müharibənin dondurulması” variantını nəzərdən keçirdiyi barədə məlumat vermişdi.
Onlar qeyd ediblər ki, nə Ukraynanın, nə də Rusiya Federasiyasının döyüş meydanında bu və ya digər tərəfin mğlubiyyətini qəbul etməyəcəyini nəzərə alsaq, belə bir variant uzunmüddətli perspektivdə real ola bilər. Eyni zamanda, hazırda Bayden Administrasiyasına görə bu, hadisələrin inkişafının daha çox "arzuolunmaz" nəticəsi ola bilər. Hələlik bu cür müzakirələr "tumurcuq” halındadır və siyasi rəhbərlik Ukraynaya silahla dəstəyi davam etdirmək əzmindədir.
Qeyd edək ki, Cənubi və Şimali Koreya arasında aktiv hərbi əməliyyatlar 1953-cü ildə atəşkəslə başa çatıb, lakin tərəflər hələ də onlar arasında müharibənin bitdiyini rəsmən tanımayıb. Sərhəddə və münasibətlərdə gərginlik hələ də davam edir.
Alpər