Dünya sürətlə qlobal müharibəyə yaxınlaşır. İndi bir neçə münaqişə (məsələn, İsrail və Qarabağda) var ki, onlar ilk baxışda regional xarakter daşıyır, lakin onların hamısını bu proseslərdə iştirak edən eyni ölkələr birləşdirir.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanova "Ukrayinska pravda”ya müsahibəsində
bildirib.
"Bu, mənim subyektiv qiymətləndirməmdir: coğrafiyanın məcmusuna əsasən, biz Ukrayna istisna olmaqla, ilk baxışdan regional görünən bir neçə münaqişə görürük, lakin onların hamısını bu proseslərdə iştirak edən eyni ölkələr birləşdirir", - Budanov üçüncü dünya müharibəsinin astanasındayıqmı, sualına cavab verərkən deyib.
Baş Kəşfiyyat İdarəsinin rəhbərinin sözlərinə görə, "bununla belə biz qlobal müharibəyə sürətlə yaxınlaşırıq”.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS yaraqlıları Qəzza zolağından İsrailə hücum ediblər. Onlar mülki şəxsləri girov götürüb, bir neçə yüz dinc sakini öldürüb və bəzi hərbi obyektləri nəzarətə götürüblər. Axşama yaxın İsrail ordusu ərazilərin əksəriyyətinə nəzarəti bərpa edib.
Bundan sonra İsrail "müharibə vəziyyəti” elan edib və "Dəmir qılınclar” antiterror əməliyyatına başlayıb. Müharibə başlayandan sonra ilk iki gündə İsrail ordusu Qəzza zolağında minlərlə hədəfi vurub. Lakin İsrail ordusunun komandanlığı bunun hələ başlanğıc olduğunu vurğulayır, belə ki, İsrail HƏMAS-ı məhv etmək niyyətindədir.
Nizami Bağırov