Xəbər lenti

"Bizə qurd basmış, canavarların yediyi cəsədləri verdilər" - Armen Qorqyan
Siyasət18:17 04.06.2021

"Bizə qurd basmış, canavarların yediyi cəsədləri verdilər" - Armen Qorqyan

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanda morqun zirzəmisində gizlədilmiş hərbçi cəsədləri ilə bağlı qalmaqal səngimək bilmir.
Azvision.az xəbər verir ki, bu gün Ararat bölgəsinin məhkəmə tibbi ekspertizası şöbəsinin müdiri Armen Qorqyan jurnalistlərlə görüşündə ilginc fikirlər səsləndirib. O deyib ki, ekspertlər yeni cəsədlər üzərində çalışmayıblar.
"Biz hamımız döyüş meydanında qalmış, heyvanlar tərəfindən parçalanmış, torpaqdan çıxarılan cəsədlərlə məşğul olduq", - deyən Qorqyanın sözlərinə görə, təzə cəsədlər onların əlinə yalnız müharibənin ilk 1-2 günündə gəlib çıxıb.
"Bütün cəsədlər həddindən artıq parçalanmış, deformasiyaya uğramış, yumşaq toxumaların və daxili orqanların çatışmazlığı ilə bizə gətirildi. Cəsədlər tamamilə qurd sürfələri ilə örtülü idi",-deyə şöbə müdiri bildirib.
Qorqyan əsgər cəsədlərinin çoxunun tanınmaz halda olduğunu söyləyib:
"Bizə tam halda cəsədlər çatdırılmadı. Çürümüş, milçəklər, böcəklər, qurdlar və canavarlar tərəfindən yeyilən cəsədlərimiz var. Yalnız ortada onların qalıqlarıdır. Bunlar heç bir kimyəvi işləmələrə məruz qalmamış insan skeletləridir".