Xəbər lenti

ABŞ-da bir gündə 200 mindən çox silah satıldı
Dünya15:41 27.11.2017

ABŞ-da bir gündə 200 mindən çox silah satıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bütün dünyada səbirsizliklə gözlənilən və böyük endirimlərin edildiyi "Black Friday" günü ABŞ-da 200 mindən çox silah satılıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, ABŞ Federal Tədqiqat Bürosundan verilən məlumatda silah alışı üçün müraciət edən 203 min 86 nəfərin cinayət qeydiyyatı nəzərdən keçirilib. "Black Friday" 1998-ci ildən bəri ən çox silah satışı həyata keçirilən gün kimi qeydiyyata düşüb. 
Bu rəqəm 2015-ci ildə 185 min 345, 2016-cı ildə 185 min 713 nəfər olmuşdu. Silah alanlar 1-dən çox məhsul ala bilir, bu səbəbdən satılan silahların sayının daha çox olduğu təxmin edilir.
Gülşən