Xəbər lenti

Blatter və Platini məhkəmədən bəraət aldı - Korrupsiya işi
Dünya10:37 08.07.2022

Blatter və Platini məhkəmədən bəraət aldı - Korrupsiya işi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsveçrə məhkəməsi FİFA-nın keçmiş prezidenti Yozef Blatter və UEFA-nın keçmiş prezidenti Mişel Platiniyə korrupsiya işi üzrə bəraət verib.
Bu barədə Qaynarinfo "Sky News”a istinadən xəbər verir.
"Bütün yaxınlarıma xoşbəxtliyimi bildirmək istəyirəm ki, yeddi illik yalan və manipulyasiyadan sonra nəhayət ədalət qalib gəldi. Mənim mübarizəm ədalətsizliyə qarşı mübarizədir. İlk matçda qalib gəldim" - Hakim hökmü elan etdikdən sonra Platini deyib. 
2021-ci ilin noyabrında İsveçrə Federal Prokurorluğu Blatter və Platinini FİFA tərəfindən Platiniyə 2 milyon İsveçrə frankı (təxminən 2,2 milyon dollar) qeyri-qanuni ödəmə ilə bağlı ittiham edib. Keçmiş rəhbərlər dələduzluq, etibardan sui-istifadə və idarəetməni pozmaqda ittiham olunublar.
Məhkəmədə Blatter dələduzluq ittihamlarını rədd edərək bildirib ki, bu pul Platiniyə 1998-2002-ci illərdə FİFA rəhbərinin köməkçisi kimi işləməsi üçün "centlmen sazişi” nəticəsində ödənilib. Onun sözlərinə görə, FİFA Platininin 1 milyon İsveçrə frankı maaş tələblərini dərhal təmin edə bilməyib və tərəflər razılaşıb ki, o, əvvəlcə ildə 300 min İsveçrə frankı alacaq, qalanı isə sonradan ona ödəniləcək.
66 yaşlı Platini isə öz növbəsində bildirib ki, o, sadəcə olaraq 2010-cu ilə qədər bu pulu istəməyib, çünki ona ehtiyacı olmayıb.
İstintaq hələ 2015-ci ildə başlayıb və Blatterin FİFA prezidenti vəzifəsindən istefası ilə nəticələnib.
Nizami Bağırov