ABŞ-ın Ukraynada iki məqsədi var: Rusiyanın bu müharibədə strateji uğur əldə etməsinə mane olmaq, həmçinin ukraynalılara hərbi, iqtisadi və demokratik baxımdan "ayaq üstə durmalarına” kömək etmək.
Qaynarinfo Dövlət Departamentinin mətbuat xidmətinə istinadla
xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
"Əsas iki məqsəd var. Birincisi, təbii ki, Rusiyanı Ukraynada hər hansı strateji uğurdan məhrum etməkdir, çünki bunu etməsək, bu, hər yerdə təcavüzkarlara açıq dəvət olacaq. İndi də qeyd etmək çox vacibdir ki, Rusiya əldə etməyə çalışdığı işdə uğursuzluğa düçar olub, çünki məqsədi Ukraynanı xəritədən silmək, müstəqil ölkə kimliyinə son qoymaq və onu Rusiyaya daxil etmək idi. Bu, artıq uğursuz olub", - . Blinken deyib.
O, həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar ukraynalıların Rusiyanın zəbt etdiyi ərazinin qalan hissəsini qaytarmaq üçün "bacarıqlarını maksimuma çatdırmaq” niyyətindədir. Söhbət Ukrayna ərazisinin təxminən 17%-dən gedir.
Bundan əlavə, ABŞ-ın məqsədi həm də Ukraynada sabitliyi təmin etməkdir. "Bu, Ukraynanın irəliləməyə davam etməsi üçün bütün dünyadan bir növ qeyri-müəyyən dəstək üçün resept deyil. Bu, Ukraynanı hərbi, iqtisadi və demokratik baxımdan öz ayaqları üzərində möhkəm dayana biləcək səviyyəyə gətirir", - o əlavə edib.
Alpər