Dünya 14:41 06.12.2022

Blinken: ABŞ Ukraynaya ərazilərin qaytarılmasına kömək etmək istəyir

ABŞ Ukraynaya fevralın 24-dən bəri Rusiya tərəfindən işğal olunmuş əraziləri qaytara bilməsi üçün kömək edir.

Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken "The Wall Street Journal” qəzetində keçirilən konfransda deyib.
 
Blinken vurğulayıb ki, ABŞ administrasiyası əmin olmaq istəyir ki, "özünü müdafiə etmək, fevralın 24-dən işğal olunmuş əraziləri geri qaytarmaq üçün Ukraynaya nə lazımdır”. Eyni zamanda, o qeyd edib ki, Kiyevin hərbi ilə yanaşı, iqtisadi və humanitar dəstəyə də ehtiyacı var.

Jurnalistlərin Krımla bağlı sualını cavablandıran ABŞ dövlət katibi bildirib ki, ukraynalılar "hara getmək, nə vaxt və necə etmək istədikləri ilə bağlı qərarları özləri verirlər”.
 
Alpər