ABŞ dövlət katibi Entoni Blinken prezident Vladimir Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə görüşmək üçün bu gün Kiyevə gəlib və Ukraynaya 1 milyard dollardan çox yardımı açıqlamalıdır.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmisinə istinadən
məlumat yayıb. Blinken Kiyevə Polşadan gecə qatarı ilə gəlib. Bu, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlanmasından (2022-ci ilin fevralından bəri) artıq onun Ukrayna paytaxtına üçüncü səfəridir.
ABŞ dövlət katibinin Ukraynaya 1 milyard dollardan çox yeni maliyyə dəstəyi elan edəcəyi gözlənilir.
Blinken Ukraynanın Baxmut şəhəri ətrafındakı əraziləri azad etməkdə uğurları barədə birbaşa məlumat alacağını gözlədiyi Zelenski ilə görüşəcək.
Bu səfər USQ-nin əks-hücumunun dördüncü ayı fonunda, Kiyevdə siyasi və hərbi liderlərin cəbhədə, xüsusən də Ukraynanın cənubunda baş verən son hadisələri müzakirə etdiyi vaxta təsadüf edir.
Reuters -in məlumatına görə, Blinkenin Ukraynaya səfəri 2 gün davam edəcək.
Blinken daha əvvəl 2022-ci ilin aprelində (müdafiə naziri Lloyd Ostin ilə birlikdə) və 2022-ci ilin sentyabrında Ukraynaya səfər edib.
Blinken həmçinin 2022-ci ilin martında Polşa ilə sərhəddə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşmək üçün qısamüddətli səfər edib.
Alpər