Xəbər lenti

Blinken Rusiyanı terrorizmin sponsoru kimi tanımaqdan ehtiyatlanır - NYT
Dünya09:04 30.07.2022

Blinken Rusiyanı terrorizmin sponsoru kimi tanımaqdan ehtiyatlanır - NYT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ dövlət katibi Entoni Blinken Rusiyanı terrorizmin sponsoru kimi tanımaqdan ehtiyatlanır. Bu, nətəcədə diplomatik münasibətlərin tamamilə kəsilməsinə səbəb ola bilər.
Bu barədə Qaynarinfo "The New York Times”a istinadən xəbər verir.
Qeyd olunur ki, Amerika cəmiyyətində bir neçə həftədir ki, Rusiyanı rəsmən terrorizmin sponsoru elan etmək üçün təzyiqlər edilir. Siyahıya indi Şimali Koreya, Suriya, Kuba və İran daxildir.
Lakin buna baxmayaraq, Blinken müqavimət göstərir, çünki bu status ABŞ-ı Rusiya Federasiyası ilə biznes quran müttəfiqlərə qarşı sanksiyalar tətbiq etməyə məcbur edəcək. Dövlət Departamenti bunun Vaşinqton və Moskva arasında diplomatiyanın qalıqlarını məhv edəcəyindən qorxur.
Bununla belə, ABŞ nəşri qeyd edir ki, Blinken Rusiya Federasiyasını terrorizmin sponsoru elan etməyə məcbur ola bilər. Onların məlumatına görə, cümə axşamı Nümayəndələr Palatasındakı bir qrup demokrat yeni tədbirlər barədə layihə təqdim ediblər və bu, Konqres tərəfindən qəbul edilərsə, qanuna çevriləcək. Beləliklə, Rusiya Dövlət Departamentinin razılığı olmadan belə terrorizmin sponsor dövləti kimi tanına bilər.
Xatırladaq ki, ABŞ Senatı Rusiya Federasiyasını terrorizmin sponsor kimi tanınmasına dair qətnamənini təsdiqləyib. İndi onunla bağlı qərar Dövlət katibi Entoni Blinkenə məxsusdur.
Nizami Bağırov