Xəbər lenti

Blinken Rusiyanın ilhaq etdiyi bölgələrdə seçki müşahidəçilərini sanksiyalarla hədələdi
Dünya10:31 08.09.2023

Blinken Rusiyanın ilhaq etdiyi bölgələrdə seçki müşahidəçilərini sanksiyalarla hədələdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Birləşmiş Ştatlar Rusiyanın "yeni ərazilərində” seçki prosesini müşahidə edən beynəlxalq müşahidəçilərə qarşı sanksiya məhdudiyyətləri tətbiq edəcək.
Qaynarinfo bu barədə İnterfaks-a istinadla xəbər verir.
"Ukrayna torpaqlarındakı Rusiya seçkilərini dəstəkləyəcək (...) hər hansı bir şəxsə, o cümlədən qondarma "beynəlxalq müşahidəçilərə” xatırladırıq ki, onlar sanksiyalara və viza məhdudiyyətlərinə məruz qala bilərlər”, - ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.
O qeyd edib ki, ABŞ bu seçkilərin nəticələrini heç vaxt tanımayacaq.
Alpər